İran İsrailin mümkün hücumu ilə bağlı əvvəlcədən məlumat alıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, həmçinin vurğulayıb ki, İran İsrailin təcavüzünə cavab vermək hüququna malikdir və lazım olan anda cavab verəcək: "Hücumdan əvvəl axşamdan etibarən hücumun mümkünlüyünü göstərən siqnallar aldıq, bundan sonra hücum olacağına əmin olduq. Bundan başqa, hücumdan əvvəl müxtəlif tərəflərlə mesaj mübadiləsi aparıb, lazımi tədbirləri gördük və bununla bağlı üzərimizə düşən vəzifəni yerinə yetirdik. Biz şəhidlərimizin qanını unutmayacağıq və sionist rejimin təcavüzkar hərəkətlərinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq və bu, lazımi vaxtda həyata keçiriləcək".
Nazir ABŞ-nin İsrailin cinayətlərinin ortağı olduğunu da vurğulayıb.
Ağarza Elçinoğlu