Ermənistan hökuməti 2025-ci ildə hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovanisyan parlamentdə büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, gələn il ölkənin müdafiə sektoruna 664,7 milyard dram (1,7 milyard dollardan çox) ayrılacaq ki, bu da 2024-cü ildəki xərclərdən 20 faiz çoxdur. “Bu, büdcənin əhəmiyyətli hissəsini təşkil edir və bütün gücümüz burada cəmlənib”, - deyə nazir bildirib.
Vahe Ovanisyan, həmçinin 2024-cü ilin sonunadək ölkədə ümumilikdə 5,8 faizlik iqtisadi artımın qeydə alınacağını, 2025-ci ildə isə bu göstəricinin 5,6 faiz təşkil edəcəyini deyib.