Qırmızı Ordunun Karpat-Dukla hücum əməliyyatının 80-ci ildönümünə həsr olunmuş ictimai tədbirdə Slovakiyanın baş naziri Robert Fitsonun həyatına növbəti cəhd edilib.
"Unikal" xəbər verir ki, Fitso bu barədə "Standard" xəbər portalına müsahibəsində bildirib.
Slovakiyanın baş naziri bildirib ki, insident tədbirə hazırlıq zamanı baş verib - hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirə daxil olmaq istəyən silahlı şəxsi saxlayıblar.
"Sui-qəsd cəhdləri davam edir. Ukraynadakı münaqişənin həllinə yanaşmama görə mənə nifrət edirlər" , - Fitso ifadə edib.
Xatırladaq ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.