Məşhur aşpaz Ceymi Oliver 300 funt sterlinq (660 270 AZN) dəyərində pendir oğurlayan oğruları tapmaq üçün kömək istəyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İngilis pendir distribyutoru və pərakəndə satışçısı "Neal's Yard Dairy"nin sahibi dələduzluğa məruz qalıb.
Belə ki, Oliver fransız pərakəndə satışı üçün topdansatış distribyutoru kimi təqdim edən fırıldaqçıya 22 ton pendir tədarük edib.
Oliver hadisəni "şok ölçüdə həyasız quldurluq" kimi qiymətləndirib. Oğurlanmış pendirlər bir sıra mükafatlar qazanmış və "Böyük Britaniyada ən çox axtarılan sənətkar pendirləri" arasındadır.
Bu pendirlər 250-300 qram ağırlığında kiçik bir parça üçün 7 (15 AZN) və 13 (28 azn) funt sterlinq arasında satılır.