Komi Respublikasında kənd yaşayış məntəqəsinin sakinləri iki gündür ki, fermadan meşəyə qaçan dəvəquşunu tuta bilmirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
“Oktyabrın 26-da Pazqada fermadan dəvəquşu qaçıb. Heyvan fermanın yaxınlığındakı meşədə itib”, - mənbə bildirib.
Qeyd olunur ki, axtarış sistemləri dəvəquşunu aşkar edə bilib. Ona yuxu dərmanı ilə dart vurdular, ancaq iynə quşun tüklərini deşə bilməyib; Dəvəquşunun yeri hazırda məlumdur, lakin hələ də onu tutmaq mümkün olmayıb.
Quşun sahibi Mixail bildirib ki, meşədəki dəvəquşunun həyatına təhlükə yoxdur, çünki onlar 30 günə qədər yeməksiz qala bilirlər. Bu işə sabahdan Fövqəladə Hallar Nazirliyinin bölmələri də cəlb olunacaq.