Türkiyə kəşfiyyatı Ankarada törədilən terror aktından sonra Kürdüstan Fəhlə Partiyasının (PKK) 213 silahlısını məhv edib.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

O bildirib ki, bütün hədəflər Suriya və İraqın şimalında olub. Məhv edilmiş hədəflərin ümumi sayı 470 olub.

“Terror aktından sonra terror təşkilatının İraq və Suriyadakı 470 hədəfinə spot zərbələr endirilib, 213 terrorçu məhv edilib”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə terrora qarşı qətiyyətlə mübarizəyə davam edəcək.