Sankt-Peterburqdan olan səyahət bloggeri Vasya Şupaltse Pakistanda "Taliban" tərəfindən qaçırılıb.

"Unikal" xəbər verir ki, velosəyahətçi "YouTube" kanalı üçün məzmun çəkmək istəyərkən Pakistanın Dera-İsmayıl-Xan şəhərində yoxa çıxıb.

Yerli mətbuatın yazdığına görə, bu, "Hafiz Gül Bahadır" qrupunun işidir. Rusiyanın Pakistandakı səfirliyindən hələlik rəsmi açıqlama yoxdur.

Bloger Vasya Şupaltse (əsl adı İqor Babko) velosipedlə Hindistan, Asiya, Monqolustan, Əfqanıstan, Qafqaza səyahət edib və səfəri Pakistanda başa vurub.