Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əbrəqunus kəndində seçiciləri ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə Yaycı, Qızılca, Kırna, Bənəniyar kəndlərindən olan seçicilər də iştirak ediblər.

Görüşdə deputat Vüqar Rəhimzadə  seçicilərin çoxsaylı  müraciətlərini dinləyib, onları düşündürən məsələlər ətrafında  fikir mübadiləsi aparılıb. Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Deputat, həmçinin  seçiciləri maraqlandıran sualları da cavablandırıb.