Meksikalılar bir həftəlik Ölülər Günü qeyd etməyə başlayıblar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Meksika mədəniyyətində ölüm şərəf kimi xarakterizə olunub. Onlar ölümdən sonra insana yas tuturlar və ölən şəxsə sevimli yeməyi olan bir qab verirlər ki, Mictlan (ölülər dünyası) ilə uzun səyahət zamanı ruh ac qalmasın.

Meksika inancına görə, oktyabrın 27-dən noyabrın 2-dək olan həftə ərzində yaxınlarının ruhları qısa müddət ərzində canlılar dünyasına qayıda bilər. Bayram ölən ev heyvanlarına hörmətlə başlanır. Meksikalılar itlərə xüsusi önəm verirlər, çünki inanılır ki, ölülər dünyasına səyahət zamanı onların ruhları sahiblərinin ruhunu müşayiət edir. Oktyabrın 28-də qəza nəticəsində həlak olanlar, 29 oktyabrda boğulanlar, 30 və 31 oktyabrda vəftiz olunmamış ruhlar və qohumları olmayan ruhlar, 1 noyabrda uşaqlar, 2 noyabrda böyüklərin ruh bayramları qeyd olunur. 

Gülayə Mecid