Bu gün səhər saat 6:30-da Qudermesdə PUA hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki boş binanın damı yanıb.

"Unikal" xəbər verir ki,  bu barəsə Çeçenistan lideri Ramzan Kadırov öz "Telegram" kanalında məlumat paylaşıb. 

Onun sözlərinə görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Yanğın söndürülüb.

"İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara və cinayəti törədən şəxslərin müəyyən edilməsinə başlayıb. RUS-un fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal işləyir", - o, yazıb. 

Gülayə Mecid