Almaniya vətəndaşlığı olan iranlı Cəmşid Şarmehd İranda edam edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, terror əməliyyatlarına rəhbərlik etməsi iddiası ilə edam olunub. 

Şarmehd üçün edam hökmü 2023-cü ilin aprelində Ali Məhkəmə tərəfindən təsdiqlənib. 69 yaşlı Şarmehd ötən ilin fevralında 2008-ci ildə Şiraz şəhərində 14 nəfərin ölümü ilə nəticələnən bombalı hücumda iştirak etdiyinə görə mühakimə edilib və edam cəzasına məhkum edilib.

Almaniya kansleri Olaf Şolts edamla bağlı açıqlamasında deyib: "Cəmşid Şarmehdin İran rejimi tərəfindən edam edilməsini ən şiddətli şəkildə qınayıram. Cəmşid Şarmehdə irəli sürülən ittihamlara qarşı özünü müdafiə etmək imkanı belə verilməyib".

Ağarza Elçinoğlu