Rusiyanın "Cənub" qoşun qrupunun rus bölmələri Donetsk Xalq Respublikasının Katerynovka kəndini işğal edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb.
"Döyüşlər Zaliznyanskoye, Orexovo -Vasilevka, Markovo, Stupochki, Stepanovka, İlyinka, Çasov Yar və Kuraxovo (DXR) yaşayış məntəqələrində də aparılıb. Ukrayna Silahlı Qüvvələrinin 24, 33, 54, 110-cu mexanikləşdirilmiş, 79-cu hava hücumu və 46-cı aeromobil briqadalarının birləşmələri məğlub edildi", - məlumatda deyilir.
Ağarza Elçinoğlu