Filmlərə baxarkən ağlamaq kimi emosional həssaslıq, vaxtından əvvəl ölüm riskinin artmasına işarə edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Journal of Affective Disorders" jurnalında araşdırma yazısı dərc olunub. 

Bildirilir ki, amerikalı tədqiqatçılar belə davranışın nevrotikliyin təzahürü olduğunu və erkən ölüm ehtimalını on faiz artırdığını müəyyən ediblər.

Mütəxəssislər nevrotikliyi mənfi emosional vəziyyətlərə meyli özündə ehtiva edən mürəkkəb şəxsiyyət xüsusiyyəti kimi təsvir edirlər. Onun strukturuna müxtəlif komponentlər daxildir, bunlar arasında təklik, narahatlıq və artan qıcıqlanma hissləri var.

Florida Dövlət Universitetinin tədqiqat qrupu nevrotikliyin bütün komponentləri arasında tənhalığın gözlənilən ömür üçün ən böyük təhlükə olduğunu müəyyən edib. Bu vəziyyət tənəffüs və həzm sistemləri ilə bağlı problemlərin inkişafına səbəb ola bilər, həmçinin insanı özünü məhv edən davranışa sövq edə bilər.

Gülayə Mecid