ABŞ-nin eks-prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon həbsxanadan azad edilib.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, Bannon 6 yanvar 2021-ci ildə ABŞ-ın əvvəlki prezident seçkiləri ilə əlaqədar Kapitoliyə hücumla bağlı dinləmələrdə iştirak etməkdən imtina etdiyi ABŞ Konqresinə hörmətsizlik ittihamı ilə dörd aydır barmaqlıqlar arxasında idi.
Cəzaçəkmə müəssisəsindən çıxan kimi Bannon qızı Maureen və jurnalistlərlə görüşüb. Mətbuata verdiyi açıqlamada o, həbsxanada keçirdiyi vaxtın “nəinki onu sındırmadığını, əksinə, qətiyyətini artırdığını” söyləyib.