ABŞ prezidenti Co Bayden bildirib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Şimali Koreya əsgərləri dövlət sərhədini keçərsə, onlara zərbə endirməlidir.
"Unikal" xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirib.
Kiyevin Şimali Koreya əsgərlərinə zərbə endirməli olub-olmaması ilə bağlı suala o, “Ukrayna sərhədini keçsələr, bəli” cavabını verib.
Bayden həmçinin Şimali Koreya qoşunlarının Kursk bölgəsində olması ilə bağlı “narahatlıq” ifadə edib.
Oktyabrın 29-da ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, təxminən bir neçə min Şimali Koreya əsgəri artıq Kursk bölgəsinə köçürülüb. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi hesab edir ki, KXDR ümumilikdə 10 minə yaxın əsgərini “Rusiyanın şərqinə təlim keçmək üçün” göndərib.
Gülayə Mecid