ABŞ və onun Qərb müttəfiqləri İsraili İrana zərbə endirməkdən çəkindirmək üçün heç nə etməyiblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Mənə aydın görünür ki, İsrailin İran ərazisinə endirdiyi zərbələr İsrail və ABŞ tərəfindən koordinasiya edilib və onun bir sıra müttəfiqləri nəinki bu təhlükəli işdən çəkindirməyə çalışmadılar, əksinə, müxtəlif yollarla İsrailin belə bir addım atmaq hüququna malik olduğunu göstərdilər", - deyə rusiyalı diplomat brifinqdə deyib.
Zaxarova qeyd edib ki, Vaşinqton mütəmadi olaraq İsraili silahla təmin edir.
Ağarza Elçinoğlu