Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinə müdir təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı MÜTDA-nın direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hacıyev Arslan Alik oğlu bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, A.Hacıyev 2022-ci ildən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.