Goranboyda yol qəzası olub, ana və oğlu xəstəxanalıq olub.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Səfikürd kəndi istiqamətində baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Məmmədov Samir Əlixan oğlu və 1981-ci il təvəllüdlü anası Mehriban Məmmədova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov