İspaniyada baş verən daşqın nəticəsində insan tələfatı artıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər sel fəlakətində həyatını itirənlərin sayının 95-ə yüksəldiyini açıqlayıb.

Bildirilib ki, ölümlərdən 92-si Valensiyada, 2-si Kastilya-La-Mançada, 1-i isə Malaqada baş verib. Daşqın baş verən ərazilərdə axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edərkən, can itkisinin artacağı ilə bağlı narahatlıqlar var.

Gülayə Mecid