Avropa Parlamenti İspaniyada elan edilmiş matəm mərasiminə qoşularaq, fəlakətli daşqın qurbanlarının xatirəsinə İspaniyanın dövlət bayrağını və Avropa İttifaqının bayrağını endirib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.

"Bu gün bayraqlarımız endirilib, Avropa Parlamenti faciəvi daşqınlar nəticəsində həlak olanlar münasibətilə İspaniya xalqına matəm elan edib. Bu kədərə birlikdə qalib gələcəyik", - Metsola X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, İspaniyanın cənub-qərbində baş verən fəlakətli daşqınlar nəticəsində ölənlərin təsdiqlənmiş sayı yüz nəfərə çatıb.

Oktyabrın 31-i səhər saatlarında xilasedicilər və hərbçilər axtarışları bərpa ediblər.

Ağarza Elçinoğlu