1967-ci ildə qatıldığı gözəllik yarışması ilə şöhrət qazanan keçmiş model, "Yeşilçam" aktrisası Serpil Örümcerin səhhətində problem yaranıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş model ayağının amputasiya edilmə riskinin olduğunu bildirib.

"Keçirdiyim qəza nəticəsində ayağımdakı qırıqlar səbəbindən hazırda yataq xəstəsiyəm. Əməliyyat olunmalıyam. Hazırda ayağım gipsdədir. Özəl xəstəxanada əməliyyat etdirməyim mümkün deyil. Sevənlərimdən və Türkiyə Cümhuriyyətindən yardım istəyirəm. Çünki ayağımın kəsilmək riski var" deyə, Örümcer sosial media hesabında yazıb.