Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Vüsal Eldar oğlu İbrahimovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. 

"Unikal"ın məlumatına görə, ilkin olaraq dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Vüsal İbrahimov İlkin Əliyevin 70 min manatını uşaq futbol klub yaratmaq adı ilə ələ keçirərək dələduzluq edib. Vüsal İbrahimov hakimin sualına cavab olaraq bildirib ki, özünü qismən təqsirli bilir, yəni bu məbləğlə bağlı yox. 

Xatırladaq ki, təqsirləndirilən şəxs Vüsal İbrahimov özü futbolçu olub. 

Məhkəmə prosesi 6 dekabr tarixinə kimi təxirə salınıb.

Seymur Əli