Elm adamlarının son illərdə getdikcə daha çox danışdıqları qlobal istiləşmə Arktikada daha çox nəzərə çarpır. Məsələn, kosmosdan çəkilmiş şəkilləri müqayisə edən tədqiqatçılar bu yaxınlarda burnu olan, sonra isə adaya çevrilmiş buz təbəqəsinin tamamilə yoxa çıxdığını qeyd ediblər.
"Unikal" xəbər verir ki, bu maraqlı müşahidəni Rusiya Coğrafiya Cəmiyyəti həyata keçirib.
Peyk çəkilişlərinə görə, Mesyatsev adası 1995-ci ilə qədər buzlaqların əriməsi nəticəsində eyniadlı yarımadadan əmələ gəlib.
19 avqust 2015-ci il tarixinə Mesyatsev adasının sahəsi təxminən 53 hektar idi. Artıq 12 avqust 2024-cü ildə görüntüdə 3 hektarlıq kiçik buz adası qeydə alınıb.
Adanın yoxa çıxmasının səbəbləri ilə bağlı mübahisə edən qrup bu fərziyyəni irəli sürüb: Arktika bölgələrində iqlimin istiləşməsi buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.
Gülayə Mecid