Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.

"Unikal" xəbər verir ki, bunu Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.