Livanın cənubunda içərisində İsrail Müdafiə Qüvvələrinin iki generalının olduğu avtomobil qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. 

Avtomobilin aşması nəticəsində İsrail ordusunun Şimal Komandanlığının rəhbəri general-mayor Ori Qordin və Mərkəzi Komandanlığın rəhbəri general-mayor Avi Blut yüngül xəsarətlər alıb. 

İsrail ordusu qəzanın quru əməliyyatı keçirdiyi Livanın cənubunda operativ patrul zamanı baş verdiyini izah edib.