Bakıda dəhşətli cinayət törədilib. 

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb. 

Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb. 

Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Həmin şəxs saxlanılıb və prokurorluğa təhvil verilib.