"Qərb dolları cəza alətinə çevirib və bununla da valyutaya ölüm hökmü imzalayıb".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov “Gələcəyin yaradılması” beynəlxalq simpoziumunda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, dollar geosiyasi rəqiblərin sıxışdırılması və cəzalandırılması silahına çevrilib və sadəcə olaraq “itaətsiz” olub.