Qlobal iqtisadiyyatın davamlı böyüməsi səbəbindən neftə tələbat tezliklə pik nöqtəsinə çatmayacaq.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qais enerji konfransında bildirib.

“Bəli, müəyyən maneələr var, amma mənzərə bəzilərinin ortaya çıxarmağa çalışdığı qədər mənfi deyil. Tələbin pik nöqtəsi olmayacaq. Biz buna malik olmayacağıq, çünki dünya böyüməyə davam edir”, - deyə əl-Qais bildirib.

O, ABŞ-nin 2024-cü il üçün 2,8%-lik iqtisadi artımını nümunə kimi göstərərək qlobal iqtisadiyyatın geniş miqyasda durğunluqla üzləşməsi ilə bağlı iddiaları rədd edib. Əl-Qaisin fikrincə, Çin iqtisadiyyatının 5%-lik artımına diqqət yetirsək, dünya iqtisadiyyatının davamlı artımı ilə bağlı eyni nəticəyə gəlmək olar.