20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.

"Unikal" xəbər verir ki, 1000 nəfər seçicinin kütləvi müraciətini nəzərə alaraq millət vəkili Samir Vəliyev Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 48,50 ünvanlarında yaşayan vətəndaşlarla yerində görüş keçirib.

Görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb. Deputat vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, müraciətlərin tam, hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımlar atıldığını diqqətə çatdırıb.