Almaniyanın maliyyə naziri Kristian Lindner istefaya göndərilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts hökumətdəki böhran fonunda naziri vəzifəsindən azad edib.

Lindner Yaşıllar və Sosial Demokrat Partiyası ilə birlikdə hakim koalisiyanın bir hissəsi olan Azad Demokrat Partiyasına rəhbərlik edir. O, Bundestaqa yeni seçkilərin keçirilməsini istəyib.

Alman mediası hesab edir ki, hökumətin əsas nazirlərindən birinin işdən çıxarılması ilə koalisiya dağılacaq. Belə olan halda ölkədə növbədənkənar seçkilər təyin oluna bilər.