Məşhur müğənni Gülben Ergenin Narin Güran işi üzrə məhkəmə zalına buraxılıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin zala buraxılmasına vəkillər etiraz edib. Belə ki, bir çox vəkil Narin Güran işində məhkəmə zalında iştirakçı kimi iştirak etmək istəsə də buna icazə verilməyib.

Lakin məhkəmə başlayarkən Gülben Ergen zala buraxılıb. Bu, içəri buraxılmayan vəkillərin reaksiyasına səbəb olub. Ədliyyə koridorlarında vəziyyətə etiraz edən bir çox vəkil “Gülben çölə, vəkillər içəri” şüarları səsləndirib. Həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.