ABŞ Federal Ehtiyat Sistemi (FED) 0,25 faiz bəndi azaldaraq 4,5-4,75%-ə çatdırıb. .

"Unikal" xəbər verir ki, məzənnə diapazonunun azalması bazar tərəfindən gözlənilən idi və uzun müddət davam edən davamlılıqdan sonra ardıcıl ikinci dəfədir baş verir.

Amerika tənzimləyicisi qeyd edib ki, qurum daxil olan məlumatları, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək.

Bildirilib ki, ABŞ-də iqtisadi fəaliyyət sabit templə artmaqda davam edir. İlin əvvəlindən əmək bazarı şəraiti də yaxşılaşıb, işsizlik səviyyəsi artsa da, aşağı səviyyədə qalır. İnflyasiya isə 2%-lik hədəfə yaxınlaşıb.