Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində piyada 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Araşdırma aparılır.

Xəlil Əliyev