Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən evlərdən ümumi sahəsi 150 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və bitişik sahəsi 100 m² olan 2 otaqlı evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə rayonunun Körpüsındıran kəndində isə ümumi sahəsi 65 m² olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları, bitişik sahəsi 12 m² olan metal konstruksiyalardan ibarət vaqonun taxta üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.