"Bayer" futbolçusu Amin Adli ilə müqaviləsini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub. 

Qeyd edək ki, A.Adli bu mövsüm "Bayer"də 12 oyun keçirib.