Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparmayıb.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, bunun "Washington Post" qəzetinin növbəti yalan xəbəri olduğunu ifadə edib.
"Bu, sırf uydurmadır, sadəcə olaraq, yalan məlumatdır”, – deyə Peskov jurnalistlərin Putinlə Tramp arasında telefon danışığı olub-olmadığı barədə sualına cavab verib.
Rusiya prezidentinin mətbuat katibi “The Washington Post”un nəşrini tamamilə həqiqətə uyğun olmayan məlumatların bariz nümunəsi adlandırıb.
Qeyd edək ki, "Washington Post" noyabrın 10-da mənbələrə istinadən yazıb ki, Putin və Tramp noyabrın 7-də telefon danışığı aparıb və Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.
Gülayə Mecid