“Qarabağ”ın əsas komandasının 12 futbolçusu milli komandalara dəvət alıb.
Klubdan "Unikal"a verilən məlumata görə, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Toral Bayramov, Aleksey İsayev və Musa Qurbanlı Azərbaycanın əsas millisinə çağırılıblar. Fernandu Santuşun başçılıq etdiyi kollektiv UEFA Millətlər Liqasının C Divizionunda noyabrın 16-də Estoniya, 19-da İsveçlə qarşılaşacaq.
Ağdam klubunun gənc qapıçısı Sadiq Məmmədzadə Avropa çempionatının seçmə mərhələsində İslandiya, İrlandiya və Moldova ilə matçlar üçün Azərbaycanın U-19 yığmasına dəvət olunub.
“Qarabağ”ın legionerlərindən Yassin Benzia Əlcəzair, Marko Yankoviç Monteneqro, Leandro Andrade isə Kabo-Verde seçməsinə çağırılıblar.