ABŞ Vaşinqtona fayda gətirmək üçün bütün dünyada yerləşdirilmiş nüvə silahlarının sayını artırmalı ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasının rəsmilərinə istinadən yazır. 

Materialda qeyd edildiyi kimi, Baydenin siyasətləri “potensial təhlükələri aradan qaldırmaq” üçün qabaqcıl qeyri-nüvə sistemlərinin inkişafının və Asiya və Avropadakı müttəfiqlərlə hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayır.

Bununla belə, Pentaqon bu səylərin kifayət etmədiyi təqdirdə daha çox nüvə başlıqlarının yerləşdirilməsi variantlarını da hazırlayır.

Gülayə Mecid