Rusiyanın ABŞ-dəkı keçmiş səfiri Anatoli Antonov Moskva metrosunda görüntülənib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"O, istefa verib və Rusiya Federasiyasına qayıdıb", - jurnalistlər qeyd ediblər.
KİV diplomatın metroda səfəri zamanı çəkilmiş fotoşəkili yayımlayıb.
Antonov 2017-ci ilin avqustunda Rusiya Federasiyasının ABŞ-dəki diplomatik nümayəndəliyinə rəhbərlik edib. Bu il oktyabrın 5-də diplomat Moskvanın Vaşinqtondakı səfiri kimi işini başa vurub və ertəsi gün Rusiya paytaxtına qayıdıb.