Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.

"Unikal" xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gəlib. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 0:3. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzmuşdu.

Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən görüşdə rəqib 4 cavabsız qolla qalib gəlib. Yığmamız ilk oyunda İslandiyaya məğlub olmuşdu – 0:2.

Qeyd edək ki, U-17 qrupda son oyununu Rumıniyaya, U-19 isə Moldovaya qarşı keçirəcək. Hər iki görüş noyabrın 19-da olacaq.