Filippinin keçmiş prezidenti Rodriqo Duterte ölkənin cənubundakı doğma şəhərinin merliyinə namizəd olmaq üçün qeydiyyatdan keçib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 79 yaşlı Duterte sənədlərini Davao Şəhər Seçki Komissiyasına təqdim edib və 2016-cı ildə prezident olana qədər təxminən iyirmi il mer vəzifəsində çalışıb.

Rəsmilər bildiriblər ki, onun oğlu, Davao şəhərinin hazırkı meri Sebastian Duterte gələn il keçiriləcək aralıq seçkilərində vitse-mer vəzifəsinə namizəd olacaq.