"Barselona"nın futbolçusu Lamin Yamal UNİCEF-in səfiri olub. 

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı İspaniya millisinin vingeri bu statusu könüllü olaraq daşıyacaq. Beləliklə, o, buna təmənnasız razılaşıb. 

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 16 oyuna çıxaraq 6 qol vurub və 8 qolun ötürməsini edib. "Trasfermarkt" portalına əsasən, onun bazar dəyəri 150 milyon avrodur.