Litva prezidenti Gitanas Nauseda cümə axşamı Seym (parlament) tərəfindən hökumət başçısı vəzifəsinə təsdiq edilmiş Gintautas Palutskası respublikanın baş naziri təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə Litva prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısı Palutskasın baş nazir təyin edilməsi haqqında fərman imzalayıb", - məlumatda deyilir. Fərman imzalandığı andan qüvvəyə minib.

Prosedura görə, təyin olunan hökumət başçısı 15 gün ərzində prezident tərəfindən təsdiq edilməli olan Nazirlər Kabinetini formalaşdırmalı və parlamentdə baxılan kabinet üçün fəaliyyət proqramı hazırlamalıdır.