“Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifədə çalışmış Xeyrullah Hümbətov vəfat edib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Hümbətov Xeyrullah İman oğlu ADY-də Arif Əsgərovun rəhbərliyi dönəmində onun müavini kimi çalışıb. O, daha sonra Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatın sədri olub.