Dünyanın ən maraqlı toy mərasimlərindən biri Aralıq dənizindəki Krit adasında baş tutub, daha doğrusu, baş tuta bilməyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gəlin və təxminən 2 min adam kilsədə bəyi saatlarla gözləyib, hətta onun axtarışına çıxanlar da olub. 

Uzun zamandan sonra itkin düşdüyü bildirilən bəyin narkotik və tarixi əsər qaçaqmalçılığına görə polis tərəfindən saxlanıldığı məlum olub. Bundan sonra polis bəyin evinə basqın edib.

Əməliyyat zamanı bəyin anası kokainin bir hissəsini gizlətmək istəyərkən saxlanılıb. Polis idarəsindən verilən açıqlamada bəyin evindən 174 qram kokain, 2 ədəd dəqiq tərəzi, 1 ədəd amfora heykəlciyi, 16 ədəd tarixi əsər, 3550 avro pul, 132 ədəd müxtəlif çaplı patron və 2 ədəd mobil telefonun götürüldüyü bildirilib.

Bəy və anası prokurorluğa sövq edilib.

Gülayə Mecid