İngiltərə Premyer Liqasının 12-ci turunda lider "Liverpul" "Sauthempton"u qəbul edib.

"Unikal" xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2. 

Misirli hücumçu Məhəmməd Salah "Liverpul"dan dubl edib. Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslay da fərqlənib.

Hazırda "Liverpul" 31 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdə olan "Mançester Siti"ni 8 xal qabaqlayır.

Ağarza Elçinoğlu