İsrail qüvvələri Livanda nəzarət-buraxılış məntəqəsini bombalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Livan ordusu bəyanat yayıb. 

Bombardman nəticəsində 1 əsgər ölüb, 18-i yaralanıb.

Hadisənin Əl-Əmiriyyədə, Əl-Klayla-Tir yolunun keçid məntəqəsində baş verdiyi deyilir. Keçid məntəqəsinə ciddi ziyan dəydiyi bildirilir.

Ağarza Elçinoğlu