Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərlə 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.