Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra çıxış üçün söz təqsirləndirilən şəxs Ağadadaş Ağayevə verilib.

Ağadadaş Ağayev özünü təqsirli bilməyərək bu gün ifadə verməyə hazır olmadığını bildirib. 

Məhkəmə prosesi 3 dekabr tarixinə kimi təxirə salınıb.

***

15:18

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

"Unikal" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsindəki ilk baxış iclasında prokuror ittihamı elan edəcək.

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.