Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün son qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Səbail”i qəbul edib.

Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeganə qoluna 29-cu dəqiqədə Coy Lens Mikels imza atıb.

Turun açılış matçında isə “Araz-Naxçıvan” “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra “bayquşlar” 22 xalla 4-cü, “dənizçilər” isə 8 xalla 9-cu sırada yer alıb. Xallarını 36-ya çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. Tovuz klubu isə 27 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.